Gədəbəydə bıçaqlanma olub.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Dəyirman Dağı kənd sakini 1983-cü il təvəllüdlü Məsimov Vüsal Əli oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə V. Məsimov mübahisə zəminndə həmkəndlisi tərəfindən bıçaqlanıb.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində artaşdırma aparılır.