Gürcüstanda pirotexniki vasitələrdən 25 nəfər yanıq xəsarəti alıb

18:19 - 28 Dekabr 2018 - Xəbər

Gürcüstanda pirotexniki vasitələrdən istifadə nəticəsində 25 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Xəsarət alanlar Yanıq Mərkəzinə müraciət ediblər. Onların böyük əksəriyyətini 6-12 yaş arasında olan uşaqlar təşkil edir.

Yanıq Mərkəzindən pasiyentlərin ciddi xəsarət almadığı bildirilib. Onlar ambulator müalicə aldıqdan sonra evə buraxılıblar.

Qeyd edək ki, Gürcüstan parlamentində yeniyetmələrə pirotexniki vasitələrin satışına görə qadağa və cəriməni nəzərdə tutan qanun layihəsi müzakirə olunur. report

Xəbər xətti