Ukraynanın Azərbaycandakı səfiri vəzifəsindən azad edilib

22:04 - 27 Dekabr 2018 - Xəbər

Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifəsindən azad edib.

Bu barədə prezidentin bu gün imzaladığı fərmanda bildirilir. Fərmanda qeyd olunur: "Aleksandr Mişenko Pavloviç Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Aleksandr Mişenko həmin vəzifəyə 24 fevral 2011-ci il tarixində təyin olunub. Daha öncə o, Ukraynanın Türkiyə və Avstraliyadakı səfiri vəzifələrini tutub.trend

Xəbər xətti