Bakıda mənzildə kişi meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1979-cu il təvəllüdlü Qurbani Həmid Əjdər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.