ARB 24-ə lisenziya verildi

17:08 - 27 Dekabr 2018 - Xəbər

27 dekabr 2018-ci il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda “Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyanın qüvvəsinə “Türkel TV” MMC-nin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib.
 Eyni zamanda iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq “REGİON TV” MMC-yə ümumrespublika televiziya yayımı üçün verilmiş 14 mart 2014-cü il tarixli və “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər)  üçün verilmiş 28 dekabr 2017-ci il tarixli lisenziyaların “ARB 24” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul edilib.

Xəbər xətti