“Narkomaniya, dini radikalizm, erkən nigah və onların fəsadları” mövzusunda tədbir keçirildi
Bu günlərdə Oğuz rayonunun Yaqublu kənd tam orta məktəbində “Narkomaniya, dini radikalizm, erkən nigah və onların fəsadları” mövzusunda tədbir keçirildi. Tədbirdə DQİDK-nin Şəki bölgəsinin, Oğuz RPŞ-nin, Oğuz RMX-nın, Oğuz RTŞ-nin, Oğuz Gənclər və İdman idarəsinin əməkdaşları, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri içtirak edirdilər. Tədbirdən əvvəl iştirakçılar “Ağ ölüm”ə - narkomaniyaya “yox” deyək!” mövzusunda keçirilən rəsm müsabiqəsinə şagirdlər tərəfindən təqdim olunmuş rəsmlərə tamaşa etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Əməkdar müəllim İ.Verdiyev mövzunun əhəmiyyətindən və aktuallığından danışdı.
DQİDK-nin Şəki bölgəsinin məsləhətçisi S.Salehov , Oğuz RPŞ-nin sahə rəisi B.Quliyev, Oğuz RMX-nın həkim-narkoloqu V.Babayev, Oğuz RTŞ-nin əməkdaşları E.Əzimli və E.Qəhrəmanov, Oğuz Gənclər və İdman idarəsinin əməkdaşı Ş.Rüstəmov narkomaniya, dini radikalizm, erkən nigahın fəsadları barədə geniş məlumat verdi, bunların cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıtdığını qeyd etdi və belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük vəzifə və məsuliyyət düşdüyünü vurğuladılar. Müəllimlərdən İ.Vahabova, Ə.İsmayılova, V.Qurbanova və psixoloq L.Sadıqova; valideynlərdən S.Məmmədov, A.Sadıqova , İ.Allahverdiyev və VK-nin sədri N.Hətəmova; şagirdlərdən K.Kərimli, A.İsazadə və T.Kərimli çıxış edərək narkomaniya, dini radikalizm, erkən nigahın insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını bildirdi, bu hallara qarşı hamılıqla mübarizə aparmağın vacibliyini irəli sürdülər. Daha sonra “Narkomaniya” adlı sosial video çarx nümayiş etdirildi.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı. Tədbiri Oğuz RTŞ-nın əməkdaşı E.Əzimli yekunlaşdırdı.