Sabahın havası - Bakıda sulu qar yağacaq

12:51 - 27 Dekabr 2018 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, dekabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağışın az sulu qarla yağması ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Atmosfer  təzyiqi  757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 28-də  bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə  0-5, gündüz  6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  2-5 dərəcə isti təşkil edəcək.

Xəbər xətti