Azərbaycanda insan alveri ilə məşğul olan Türkiyə vətəndaşı həbs edildi

14:22 - 26 Dekabr 2018 - HADİSƏ

Nərimanov Rayon Məhkəməsində insan alverində ittiham olunan Türkiyə vətəndaşı Tavukçu Gökhan İbrahimin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanını təqdimatına baxılıb. 

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə verilən təqdimat təmin edilib. Tavukçu Gökhan İbrahimin barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, istintaq orqanı tərəfindən Tavukçu Gökhan İbrahimin barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (insan alveri təkrar törətmək), 144-1.2.1-ci (i ki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham elan edilib. 

Tavukçu Gökhan İbrahimin barəsində cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində aparılır.oxu.az

Xəbər xətti