Qubada avtomobil piyadanı vurub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Atuc kəndi ərazisində qeydə alınıb.
Belə ki, dekabrın 25-də saat 3 radələrində müəyyən edilməmiş avtomobillə yolu keçən 30-35 yaşlı kişi vurulub və piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.