Sabirabadda azyaşlı beşikdən yıxılaraq ölüb.
Hadisə rayonun Poladtuğay kəndində baş verib. Kənd sakini Şahin Məmmədovun qızı, 2018-ci il təvəllüdlü Məmmədova Sədəf Şahin qızı yaşadığı evdə beşikdən yıxılıb. Uşaq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.trend