Terrorizmə qarşı mübarizə məsələləri, habelə Xəzərin hüquqi statusu mövzusu müzakirə edilib
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev ilə görüş keçirib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya TŞ-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, görüş zamanı tərəflər iki ölkənin müxtəlif nazirlikləri və qurumları arasında qarşılıqlı fəaliyyət perspektivlərini, terrorizmə qarşı mübarizə məsələlərini, habelə Xəzərin hüquqi statusu ilə bağlı məsələləri müzakirə ediblər.