Şəkidə su arxından meyit tapılıb.
Hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində baş verib. Şəki şəhər sakini, 1971-ci il təvəllüdlü Hacımollayev Telman Nurəli oğlunun meyiti həmin küçədəki su arxından aşkar edilib.
Faktla bağlı Şəki rayon Prokurorluğunun apardığı araşdırma zamanı məlum olub ki, T.Hacımollayev noyabrın 1-də gecə saat 22 radələrində evində spirtli içki qəbul edərək evdən çıxıb və həmin küçədə su arxına yıxılaraq boğulub ölüb.
Faktla bağlı araşdırmalar davam edir.trend