Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirilib

21:02 - 30 Oktyabr 2018 - Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubiley gecəsi keçirilib.

İlk dəfə böyük dramaturq, filosof, maarifpərvər ziyalı Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli Şah" komediyası ilə tamaşaçıların görüşünə gələn kollektiv yarım əsrdə keşməkeşli, ancaq uğurlarla zəngin yol keçib. Bu gün Azərbaycan Respublikası Prezidentinin 05 iyul 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Sumqayıt şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən yubiley tədbiri tarixi-mədəni hadisə kimi yaddaşlara həkk olundu.

Teatrın baş rejissoru, xalq artisti Firudin Məhərrəmov yubiley ssenarisini məhz ilk tamaşanın motivləri üzərində qurub. Dərvişin əcinnələri hadisələrin gedişinə təsir göstərir, süjet xəttini dolğunlaşdırırlar. Amma bu dəfə əcinnələr xeyirxah missiyada çıxış edirlər.

Sonra Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayevvə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, teatr kollektivini təbrik edbi. Çıxışlarda dövlət başçısının milli mədəniyyətə, incəsənətə xüsusi qayğısından , bu sahədə reallaşan əhəmiyyətli layihələrdən danışıldı. Elə bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi ilə bağlı kollektivin bir qrup üzvünə fəxr adların və "Tərəqqi" medalının verilməsi vurğulandı. Prezident sərəncamı səsləndirildikdən sonra fəxri adlar, habelə “Tərəqqi” medalı əməkdaşlara təqdim olundu.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin sosial-mədəni həyatında fəal iştirakına görə bir qrup aktyoru Fəxri fərmanla təltif etdi.

 


Xəbər xətti