Şəmkir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci və 3-cü küçələrinin kəsişməsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən 54 yaşlı Zahid Məmmədovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.