Daşkəsən rayonunda idarəetmədən çıxan yük avtomobili dərəyə aşıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Alunit qəsəbəsində baş verən hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Qəzaya düşən yük avtomobili Azərbaycanda fəaliyyət göstərən şirkətlərin birinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.