Paytaxtın Nizami rayonunun Babək prospektində “Ford” markalı avtomobillə piyada vurulub.
DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 25-də saat 13 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Atakişi Alıyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən paytaxt sakini Tural Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.