Abşeronda kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Piriyev Mehdi Sədaqət oğlu keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Məmmədova Ülviyyə Elxan qızının yaşadığı evə gələrək onu bir neçə nahiyədən bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Ü.Məmmədovanın vəziyyəti ağır olduğundan, onun dindirilməsi mümkün olmayıb.
Hadisəni törədən M. Piriyev könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.