Goranboy rayonunda 70 yaşlı kişi laqunda ilə biləyini kəsib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun Borsunlu kənd sakini, 1948-ci il təvəllüdlü Fərman Pənahov laqunda ilə odun kəsən zamanı ehtiyatsızlıqdan özünə xəsarət yetirib. Biləyi kəsilən şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunub.
Faktla bağlı araşdırma aparılır.