Tovuz rayon sakini barmaqlarını doğrayıb.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Kənd sakini, 1963-cü il təvəllüdlü Cəfərov Fəxrəddin Pənah oğlu evində "laqonda" ilə dəmir kəsərkən ehtiyatsızlıq edib.
Nəticədə kəsici alət F.Cəfərovun barmaqlarını doğrayıb.
Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Əməliyyat nəticəsində F.Cəfərovun sağ əlinin 2-ci və 3-cü barmaqları amputasiya edilib.