Göygöl rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində ölüb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini, 1942-ci il təvəllüdlü Cəmşid Həmid oğlu Qəhrəmanov kənd ərazisindəki qayalıqdan yıxılaraq ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.