Bakıda mənzil təmiri ilə məşğul olan ustanı elektrik cərəyanı vurub öldürüb.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.
Paytaxtın Nərimanov rayon sakini, 1970-ci il təvəllüdlü Mərdanov Afər Avtandil oğlu Suraxanı rayonu, Bülbülə qəsəbəsində Hüseynov Nicat İslava oğluna məxsus yaşayış evinin damının qır örtüyünü təmir edərkən evin üzərindən keçən elektrik cərəyanı vurub.
O dərhal 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər xəstənin həyatını xilas edə bilməyib. A.Mərdanov xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.