Bakıda sexdən 20 000 manatlıq qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

12:26 - 6 Oktyabr 2018 - HADİSƏ

Bakıda sexlərinin birindən 20 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.  Ucnoqta.az xəbər verir ki, Daxili iİşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki qızıl əşyalarının təmiri sexlərinin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xətai Nəbiyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti