Şəkidə itkin düşən nazirlik əməkdaşının meyiti meşəlik ərazidən ağacdan asılı vəziyyətdə tapılıb.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.
Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri “dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri qönməmişdi.
Faktla bağlı araşdırma aparılır.