Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Yevlax şəhərinin Füzuli küçəsində qeydə alınıb.
Belə ki, 1936-cı il təvəllüdlü Baloğlan Alişan oğlu Həşimovu yolu keçmək istəyərkən avtomobil urub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.