Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 24-də saat 1 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Samir Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən qəsəbə sakini Seymur Səfərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.