Salyanda 42 yaşlı kənd mollası qəflətən dünyasını dəyişdi

13:48 - 23 Sentyabr 2018 - HADİSƏ

Ötən gün axşam saatlarında Salyan rayonunun Şorsulu kəndinin mollası dünyasını dəyişib.

Ucnoqta.az Virtualaz.org-a istinadən xəbər verir ki, 42 yaşlı kənd sakini Balamməd Oqtay oğlu Ağayevin məsciddə halı qəflətən pisləşdiyindən evlərinə qayıtmaq istəyib. Elə evinin kandarından içəri girərkən də dünyasını dəyişib.

Yaxınlarının dediyinə görə, mərhum son vaxtlar ürək çatışmazlığından əziyyət çəkirmiş.

Xəbər xətti