Lənkəran şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Lənkəran şəhəri ərazisindən keçən hissəsində, "Ləvəngi" dairəsində qeydə alınıb. Belə ki, Biləsuvar rayon sakininin idarə etdiyi "VAZ-2107" markalı, 12-BG-301 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya səbəb olub. Nəticədə "Mersedes" markalı, 42-BC-401 və 99-EZ-309 dövlət qeydiyyat nişanlı avtomovillər bir-birinə çırpılıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Biri yüngül olmaqla digər iki nəfər, Biləsuvar rayon Təzəkənd kənd sakinləri 1968-ci il təvəllüdlü Əlifağa Pilağa oğlu Muradov və 1985-ci il təvəllüdlü Vüqar Şamil oğlu Rəsulov travmatalogiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.