Fakt üzrə araşdırmalar davam etdirilir
Goranboy rayonunda şirkətdən oğurluq olub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Türkiyə vətəndaşı Necati Serkan Temizə məxsus “Tac” pərdə topdan satış mərkəzindəki seyfdən 17 min dollar pul oğurlanıb.
Oğurluğu törədən şirkətin sürücüsü Ağasəf Seyidov və mühafizəçi Elmir Əliyev saxlanılıblar.
Fakt üzrə araşdırmalar davam etdirilir.