Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşa hazırlayır

21:30 - 11 Sentyabr 2018 - Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrı 50-ci yubiley mövsümünün ilk günü yeni tamaşanın ilk oxunuşuna başlayıb.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, məktəblilər və kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş Rus xalq nağılı əsasında hazırlanan “Ağıllı dovşan”  tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, səhnə hərəkəti plastika və rəqslərin qurluşçusu Ceyhun Dadaşovdur. 
Əsərdə dovşanın timsalında hər işdə ağlın, dərrakənin  gücü ilə çətin vəziyyətdən çıxmaq,  hiyləyə və yalana uymamaq,  nəciblik  və xeyirxahlıq  hislərinin aşılanması mesajını gənc nəslə ötürülür. 

Tamaşada əsas obrazları teatrın aktyorları Şəhla Məmmədova, İlahə Səfərova, Kamran Muradlı, Mətləb Səfərov, Sevda Hüseynova, Elmir Mehdiyev, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Rövşad İlyasov, İradə Zeynalova, Rövşən Əsgərov, Cavanşir Eyyubzadə, Ceyhun Məhərrəmov ifa edirlər. Tamaşanın ilk nümayişi oktyabr ayının 17-də  nəzərdə tutulmuşdur.

 

Xəbər xətti