Qaxda 152 çətənə kolu aşkarlanıb.
DİN-dən verilən məlumata görə, RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini Bəhruz Layıcov tərəfindən Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilmiş 152 ədəd çətənə kolu, habelə 302,27 qram marixuana aşkar edilərək götürülüb.