Paytaxtda bu ərazilərdə su olmayacaq

10:02 - 7 Sentyabr 2018 - Xəbər

Bu gün Babək prospekti boyu ərazilərin bir hissəsinə və Nəcəfqulu Rəfiyev küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Azərsu” ASC-dən Ucnoqta.az-a verilən məlumata görə, məhdudiyyətlər Babək prospektində su təchizatı infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində köhnə xətlərin ləğv edilməsi ilə əlaqədardır. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Xəbər xətti