Qəbələ musiqi festivalında yenilik

16:22 - 3 Avqust 2018 - Mədəniyyət

Heydər Əliyev Fondunun və Gilan Holdinqin təşkilatçılığı ilə keçirilən Azərbaycan və regionun klassik musiqi həyatında ən mühüm hadisəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı maraqlı və rəngarəng musiqi proqramı ilə davam edir.

Ucnoqta.az xəbər verir ki. 10 illik yubiley çərçivəsində festival təşkilatçıları yeniliklər həyata keçirməyə davam edir. Belə ki, bu tədbirin tarixində ilk dəfə olaraq festivalda fan-zona fəaliyyət göstərir. Qəbələnd əyləncə mərkəzinin ərazisində yerləşən fan-zonanı turistlər və yerli əhali ziyarət edib, Musiqi Festivalı haqqında məlumat alırlar. Fan-zonada açıq havada zövqlü musiqi və rəqslər, müxtəlif hədiyyəli müsabiqələr, fotoşəkillər çəkdirmək üçün xüsusi məkanlar, canlı heykəllərin şousu, uşaqlar üçün əyləncələr təşkil olunub. Qəbələnd Festivalın keçirildiyi məkanın, Heydər Əliyev adına Konqres Mərkəzinin yaxınlığında yerləşir, bu isə Festivalın qonaqlarına həm konsertlərdən öncə, həm də sonra fan-zonaya rahatlıqla gəlib, əylənməyə imkan verir.

Qeyd edək ki, festivalın təntənəli açılış mərasimi 31 iyul 2018-ci il tarixində baş tutub. Festivalda Azərbaycandan və Rusiya, İsrail, ABŞ, İtaliya, Avstriya, İsveçrə, İspaniya, Türkiyədən görkəmli musiqiçilər, solistlər, dirijorlar iştirak edirlər. 

Xəbər xətti