Qubada qanunsuz yolla əldə olunmuş odun aparan sürücü cərimə olundu 

12:35 - 25 İyul 2018 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir. Ucnoqta.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, reyd zaman Quba rayonu, Əski İqriq kəndi ərazisində “QAZEL” markalı "40-BN-228" dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 kubmetr həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub. Faktla bağlı avtomobilin sahibi Zülfüqar Muradov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 518 manat məbləğində ziyan tətbiq edilib.

Xəbər xətti