“Azərenerji”: "KİV-dən xahiş edirik ki, ..."
21:37 - 24 İyul 2018 - Xəbər
“Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən bəzi Kütləvi İnformasiya Vasitələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 110 kV-luq elektrik verilişi xətlərində aparılan təftişlə əlaqədar enerji təminatında yaranacaq fasilə ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir bərpa işləri aparılsa belə, bu, elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz: "Kütləvi İnformasiya Vasitələrindən xahiş edirik ki, “Azərenerji” ASC ilə bağlı xəbərləri yaydıqda diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər".