İranın hərbi gəmiləri Bakıya gələcək

10:39 - 24 İyul 2018 - Xəbər

İran Hərbi Dəniz Qüvvələri Azərbaycanda keçiriləcək dəniz atışları üzrə yarışda iştirak edəcək. "Report" "MehrNews"a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Donanmasının komandiri, kontr-admiral Hosseyn Xanzadi bildirib. "Yarışın əsas məqsədi Xəzər hövzəsi ölkələri arasında dostluq və yaxınlıq əlaqələrini gücləndirməkdir", - Xanzadi deyib. O xatırladıb ki, turnir çərçivəsində müxtəlif ölkələrdə Dəniz Piyadaları Kuboku keçiriləcək. Kontr-admiral vurğulayıb ki, Azərbaycanda dəniz dalğıclığı üzrə əsas çempionatla yanaşı, atışlarla bağlı yarışlar keçiriləcək və bu məqsədlə İran iyulun 24-də Bakıya iki hərbi gəmi göndərəcək.

Xəbər xətti