Qoşunların təmas xəttində monitorinq keçiriləcək

10:28 - 24 İyul 2018 - Xəbər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Xəbər xətti