Tanınmış kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasım “Milli Kino” mükafatına layib görülüb.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, İttifaqın katibi, xalq artisti, professor Oqtay Mirqasım Azərbaycan kinosuna verdiyi tövhələrə və 75 illik yubileyi münasibəti ilə Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə 2018-ci ilin “Milli Kino” mükafatına (mükafatı 2000 manat) layiq görülüb
Kinematoqrafçılar İttifaqının ən böyük mükafatı olan “Milli Kino” mükafatı yaxın günlərdə xalq artistinə təntənəli şəkildə təqdim ediləcək.