Mayın 26-sı saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Fridrix Dürrenmattın “Fiziklər” komediyası əsasında hazırlanmış “Dəlixanada qətl” tamaşasının premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, tamaşa ötən il dünyasını dəyişmiş dahi soydaşımız Lütfi Zadənin xatirəsinə həsr olunub. Tamaşanı rus dilindən tərcümə edəni Dilsuz Mustafayevdir.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır.
Tamaşada əsas obrazları Leyli Vəliyeva, Mehriban Hüseynova, İradə Rəşidova, Gülər Nəbiyeva, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Ramiq Nəsirov, Nofəl Vəliyev, Şövqü Hüseynov, Gülər Nəbiyeva, Ramil Məmmədov və Aygün Fətullayeva canlandıracaq.