Əfv Komissiyası 700-dək müraciətə baxıb

17:08 - 1 May 2018 - Xəbər

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.  İclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.   Komissiyanın indiyədək keçirilən iclaslarında 700-dək müraciətə baxılıb.   Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Xəbər xətti