Gömrükdən gizlədilən mobil telefonlar aşkar edilib

15:48 - 30 Aprel 2018 - Xəbər

Faktla bağlı araşdırma aparılır

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Ucnoqta.az-ın Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı, avtomobilin gizli saxlanc yerindən 4 ədəd "Samsung Galaxy A3", 1 ədəd" Samsung Galaxy A5", 1 ədəd "Samsung Galaxy J1" 2017 markalı telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti