Türkyədə Kültür və Turizm Bakanlığının dəstəyilə ənənəvi olaraq keçirilən 9-cu Uluslararası Turizm Karikaturaları Yarışması başa çatıb.
Bu il yarışmaya 62 ölkədən 584 rəssam 1101 əsərlə qatılıb. Ölkəmizi bu yarışmada təmsil edən rəssam Soltan Soltanlı üçüncü yerə layiq görülüb. Rəssamın Ucnoqta.az-a verdiyi məlumata görə, qalibləri mükafatlandırma mərasimi İzmirdəki Four Points Sheraton otelində baş tutub. Yarışma ilə bağlı 6 gün davam edən tədbirlər aprelin 29-da başa çatıb.
Müsabiqədəki iştirakı ilə bağlı S.Soltanlı bunları deyib: “Hələ 2001-ci ildə bu ölkədə düzənlənən başqa bir beynəlxalq müsabiqədə birinci yerə layiq görülmüşdüm. Bu yarışmada isə hər il iştirakçıların sayı artır. Göndərilən əsərləri ayrı-ayrı vaxtlarda iki fərqli heyətdən ibarət beynəlxalq jüri dəyərləndirib. Yarışmaya üç əsər göndərmişdim, onlardan ikisi 140 əsərlə final mərhələsinə adlayıb, sonda isə biri üçüncü yer qazanıb.”