DİN: Axtarışda olan 26 nəfər tutulub

10:23 - 30 Aprel 2018 - Xəbər

 Daxili işlər orqanlarında son iki gündə qeydə alınan cinayət faktları və hadisələr haqqında statistika açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 28-dən 30-dək 155 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb. 

Xəbər xətti