“Formula 1” üzrə Azərbaycan Qran-prisində qəza - Fotolar
17:35 - 29 Aprel 2018 - Xəbər
“Formula 1” üzrə Azərbaycan Qran-prisində daha bir qəza baş verib. Belə ki, Daniel Rikkardo və Maks Ferstappenin idarə etdikləri pilotlar bir-birləri ilə toqquşublar. Nəticədə “Red Bull” komandasının pilotları mübarizəni dayandırıblar.
Hazırda 15 sürücü mübarizəni davam etdirir. Daha əvvəl Esteban Okon (“Force İndia”), Fernando Alonso (“McLaren”) və Sergey Sirotkin (“Williams”) yarışı yarımçıq dayandırıblar.