Zakir Həsənov Çində istehsal edilən müasir döyüş texnikası ilə tanış olub
14:01 - 29 Aprel 2018 - Xəbər
Azərbaycanın Müdafiə naziri Çinin “Poly Technologies” şirkətində olub
Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub.
Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, şirkətin rəhbərliyi ilə görüşdə Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.