Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb

12:05 - 29 Aprel 2018 - Xəbər

Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb. Ucnoqta.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, "Koroğlu" metro stansiyasının qarşısından Sabunçu körpüsü istiqamətində olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. BNA müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir. Qeyd edilən istiqamətdə hərəkət edərkən bu amili nəzərə almanızı xahiş edir. Məlumat üçün bildiririk ki, yolda hərəkət axşam saatlarında bərpa ediləcək.

Xəbər xətti