Nazir müavinindən yanğın açıqlaması: tıxac səbəbindən ...
16:30 - 28 Aprel 2018 - Xəbər
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Bakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı jurnalistlərə açıqlama verib.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn E. Mirzəyev bildirib ki, yanğının söndürülməsinə 25 texnika, 100-ə qədər canlı qüvvə cəlb edilib: "Yanğın barədə məlumat saat 12:10-da Fövqəladə Hallar Nazirliyinin "Qaynar xəttinə" daxil olub. Yanğın 3 saatdan artıq davam edib. Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub. Hazırda şəhərdə tıxacdır. Bu, iri texnikaların yanğın yerinə yaxşınlaşmasına çətinlik törədirdi. Yanğının səbəbi araşdırılır".
Nazir müavini deyib ki, yanğın əsasən binanın 18-ci mərtəbəsindən yuxarıda baş verib: "Hadisə zamanı xəsarət alan olmayıb. Bəzi saytlarda bir nəfərin özünü atması barədə məlumatlar verilib. Bu, tam əsassızdır. Yanğınsöndürənlər arasında zəhərlənən olmayıb".