Bakıda kafe sahibi cərimələnib- yüksək musiqi səsinə görə
11:29 - 28 Aprel 2018 - Xəbər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən “Beer Kode” kafesindəki musiqi səs-küyü ilə bağlı daxil olan şikayət nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.
Ucnoqta.az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, kafedə aparılan ölçmə işləri nəticəsində səs-küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.
Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib.