Formula-1: ikinci sərbəst yürüşə start verilib

17:26 - 27 Aprel 2018 - Xəbər

 “Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşə start verilib. 

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Hökumət Evi qarşısından başlayan mübarizəyə 20 pilot qatılıb. Yürüş saat 18:30-da başa çatacaq.  İlk yürüşdə “Mercedes”in pilotu Valtteri Bottas ən yaxşı göstəriciyə imza atıb. Finlandiyalı pilot 1 saat 44 dəqiqə 42 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. 

Qeyd edək ki, aprelin 28-i saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Ertəsi gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət himni səsləndiriləcək. Saat 16:10-da isə “Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.

Xəbər xətti