763 müəllim müsahibə mərhələsində

17:57 - 27 Aprel 2018 - Xəbər

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər dünəndən başlayaraq müsahibələrə cəlb edilib. Təhsil Nazirliyindən verilən məlumata görə, bu gün də davam edəcək prosesdə 763  nəfər iştirak edir.

Müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilir. Prosesə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilən müəllimlər qatılırlar.

Qeydiyyatdan keçənlərin hər biri məlumatlandırılacaq. Müsahibələrin nəticələri gələn həftənin əvvəlində açıqlanacaq. Bu barədə hər bir namizədin şəxsi səhifəsinə məlumat yerləşdiriləcək.

Xəbər xətti