Daxili İşlər orqanında yeni təyinat olub

12:48 - 25 Aprel 2018 - Xəbər

Bakının polis bölmələrindən birinə yeni rəis təyin olunub. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Yasər İbadov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib. Qeyd edək ki, Yasər İbadov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini olub.

Xəbər xətti